ZEHNİNDƏKİ LİMİTLƏRİ QIR

BABƏK BAYRAMOVDAN YAŞAM KOÇLUĞU

ZEHNİNDƏKİ LİMİTLƏRİ QIR

BABƏK BAYRAMOVDAN YAŞAM KOÇLUĞU

ZEHNİNDƏKİ LİMİTLƏRİ QIR

BABƏK BAYRAMOVDAN YAŞAM KOÇLUĞU

BABƏK BAYRAMOV KOÇLUĞUNUN ÜSTÜNLÜKLƏRİ

Güclü inancların verdiyi möcüzəvi güvən hissi, az qala sizi səmaya qaldıracaq motivasiya, fürsətləri anlamağınız və ilhama gəlməyiniz əslində çox asandır, sadəcə bunlara nail olmaq üçün effektiv strategiyalara ehtiyacınız var. Bu strategiyalar sizin nələri düşündüyünüzü və nələri hiss etdiyinizi əhatə edir.

Babək Bayramovun koçluq proqramları orjinallığı ilə fərqlənir. Nəticələrə yönəlik koçluq prosseslərində Babək Bayramov sadəcə dünyanın ən yaxşı mövcud dəyişim strategiyalarından istifadə etmir. Babək Bayramov dünyada istifadə olunan dəyişim modellərinin üzərində işləyərək onları təkmilləşdirib və tamamilə yeni dəyişim modelləri yaradıb. Koçluq seanslarında sadəcə sınaqdan uğurla çıxmış, həqiqi dəyişim yaradan strategiyalardan istifadə edilir.

Hər gün dünyada milyonlarla insan yuxudan arzularını gerçəkləşdirmək üçün oyanır, sadəcə çox az insan onları gerçəkləşdirə bilir. Bəs necə olur ki, bəzi insanlar uğurdan-uğura addımlayaraq sürətlə irəlilədikləri halda digərləri geri gedib, ən yaxşı halda yerlərində sayırlar?

Yaradıcı yollar tapa bilməyiniz, stressi və zamanı idarə edə bilməyiniz, başqaları ilə effektiv ünsiyyət qura bilməyiniz və ya özünüzü hərəkətə keçirə bilməyiniz sizə çətin gəlir? Bəlkə hələ də hədəf qoya bilməmisiniz, yaxud da qoymusunuz, ancaq heç cür o hədəfə özünüzü kökləyə, həsr edə bilmirsiniz? Bəlkə qorxularınız sizi ruhdan salır? Nə qədər qəribə səslənsə də, qorxular da, neqativ düşüncələr də, acizlik və ya çarəsizlik də sadəcə sizin tərəfinizdən yaradılan nəticələrdir və bu nəticələri almaq üçün siz öz strategiyalarınızdan istifadə etmisiniz. Bəlkə də, strategiyalarınızın işə yaramadığını fərq etmisiniz, ancaq işə yarayan strategiyalarınız olmadığı üçün onları dəyişə bilmirsiniz. Yeni və daha yaxşı yollar olmadıqca isə, beyniniz köhnə yollarla davam edəcək.

Babək Bayramov koçluq prossesində ən müasir NLP – neyro linqvistik proqramlama alətlərindən ustalıqla istifadə edən nadir mütəxəssisdir. Babək Bayramovdan Həyat Performansı Koçluğunu istənilən həyati nəticələri dəyişdirmək məqsədilə ala bilərsiniz. O sizdən ən yaxşı nəticələri almaq istəyən, sizin potensilanızın üzə çıxmasında, resurslarınızı səfərbər etmənizdə, hədəfə kökləmənizdə sizə kömək edən, zəif tərəflərinizə meydan oxuyaraq onları gücləndirməyinizdə sizi effektiv dəyişim alətləri ilə təmin edən, sizin həyat dostunuzdur.

KOÇLUĞUN FAYDALARI

PARLAQ DÜŞÜNCƏ STRATEGİYALARI

Fikirlərinə aydınlıq gətir və həyatındakı məqsədlərə həyatını dəyişərək çat.

DAHA EFFEKTIV LİDERLİK

Başqalarına ilham vermək üçün və gücləndirmək üçün bacarıqlar və güvən qazanın.

DAHA ÇOX GÜMRAHLIQ

Enerjinizi yeniləyin, psixologiyanızı inkişaf etdirin və məqsədlərinizə çatın.

DOYUMLU HƏYAT VƏ MÜNASİBƏTLƏR

Duyğuların ustası ol. Çətinliklər qarşısında cəsarətə, gücə və özünə güvən.

KOÇLUQ AL. NƏTİCƏ AL.

Koçluq nədir?

  • Öyrənmə və özünü təkmilləşdirmə vasitəsidir.
  • İnsanı hədəflərinə istiqamətləndirməkdir.
  • Birlikdə müəyyənləşdirilmiş hədəflərə çatmaq məqsədilə, qarşılıqlı təcrübə və qənaətləri bölüşməkdir.

Koçluğun NLP ilə əlaqəsi

NLP - Neuro Linguistic Programming (sinir dili programlaşdırılması ) şüur və şüuraltını effektiv bir həssaslıqla işlətməyə yönəlib və bunu hədəfləyir. Zehni prosesin əməliyyatını yenidən formalaşdırmağı və fərqli zehni çərçivə qazandırmağı təmin edir.

Bu hədəflərə nail olmaq üçün bir çox texnika istifadə olunur və tətbiq edilir.

NLP, insanların zehnini və necə düşündüklərini araşdırır. Dili necə işlətməyimizə və bizə necə təsir etməyinə əsaslanır. Hədəflərimizə çatmaq üçün fəaliyyətimizi necə sıraladığımızı araşdırır.

 

Koçluqda isə bu prinsiplər əsas götürülür:

  • Hamı ehtiyacı olan qabiliyyətlərə və bacarıqlara malikdir və ya bunları qazana bilər.
  • İnsanlar edə biləcəkləri ən yaxşı seçimi edərlər.
  • İnsan davranış hədəflidir.
  • Anlamaq istəyirsənsə, hərəkətə keç!

Bütün NLP prinsipləri koçluqda istifadə oluna bilər, çünki koçluqda asan və sadə texnikalar lazımdır və NLP bu ehtiyacı ödəyə bilir. Üstəlik koçluq fəaliyyəti də NLP- nin 4 əsas prinsipinə dayanır:

  1. Nə istədiyinə qərar ver.
  2. Ona çatmaq üçün nələrə ehtiyacın olduğunu dəqiqləşdir.
  3. Hərəkətə keç.
  4. İstədiyin nəticəni alana qədər davranışlarında elastik ol.

Koçluq, bir insanın inkişafına, yeni bir bacarıq, və ya davranış öyrənməsinə, onun özü üçün müəyyənləşdirdiyi  hədəflərə çatmasına və ya bir problemi həll etməsinə dəstək olmaqdır.

 

KİM BİR KOÇLA İŞLƏYİR?

Həyatımda  daha yaxşı nəticələrə istiqamətlənmiş bir dəyişim və inkişaf, potensialı hərəkətə keçirmək  və daha məhsuldar olmaq istəyən və bunun için çalışmağa, riskə girməyə hazır olan hər kəs bir koçla işləyə bilər.

Koç  bizə həyatda bizim nələr edə biləcəyimizi göstərən şəxsdir.

Araşdırmalar, nizamlı şəkildə bir koç və ya mentorla işləməyənlərin 35%-nin işlərini dəyişdirmək istəyi duyduğunu göstərir. Bir koçun dəstəyindən faydalananlar üçünsə bu nisbət yarıbayarı azalır. Bu səbəblə “Fortune 1000” şirkətlərinin hamısı işçilərin potensialını təkmilləşdirmək, məhsuldarlığı artırmaq üçün koçluqdan faydalanır və təsirini ölçüb,  qiymətləndirirlər. İstiqamətləndirmə və yol göstərmə tədbirlərinin bacarıqlı və sertifikatlı bir koç ilə həyata keçirilməsi uğurlara əhəmiyyətli dərəcədə təsir edir. İstiqamətləndirmə formalaşdırılmış, sturuktiv bir idarəetmə təkmilləşdirmə üsuludur və necə formalaşmasına əvvəlcədən qərar verilməlidir.

 

Hekayə:

Bir gün bir fermer oğlunun sevinc qışqırıqlarını eşidir və səbəbini öyrənmək üçün evdən çıxır. Fermanın həyətində tanımadığı bir at görür. Oğlu isə sevincindən atılıb-düşərək: “Bizə vəhşi at gəldi, bu mənim atımdır!”, kimi sözlər qışqıraraq, sevinir. Fermer ata yaxınlaşır və diqqətlə baxanda damğasını görür və oğluna göstərir: “Bax, bu vəhşi at deyil. Gəl bunu aparıb sahibinə qaytaraq”, deyir. Fermer bu atı, oğlu isə başqa atı minir və yola düzəlirlər. Yolda at acır və özünü kənardakı çəmənlərə vurur. At qarnını doyurduqdan sonra fermer onu yola çıxarır və davam edirlər. Bir müddət sonra at yenə yoldan çıxaraq çayın kənarına enir və su içir. Fermer onu yenidən yolun üzərinə çıxarır. At yorulanda yenə yoldan çıxır. Dincəldikdən sonra fermer onu təkrar yolun üzərinə gətirir. Beləliklə bir müddət sonra onlar başqa bir fermaya gəlib çatırlar. Bu fermanın sahibi atı görən kimi gözləri parlayır və qışqırır: “Bu mənim atımdır!” O sevincə irəli cumur və atın boynunu tumarlayır. Birdən o sevincindən təşəkkür etməyi unutduğunu xatırlayır və atı gətirən fermerə üzün tutub minnətdarlıq edir. Sonra nəsə düşünür və təəccüblə fermerdən soruşur: “Siz məni necə tapdınız?” Fermer gülümsəyir və cavab verir: “At özü sizi tapdı. Bizim işimiz, at nə zaman yoldan çıxırdısa, onu yola qaytarmaq idi.”

Statistik Məlumatlar

Doyumlu Yaşam İnkişafı

Stressi İdarə Etmək

Gücləndirilmiş Liderlik

Təkminləşdirilmiş Münasibətlər

Artırılmış İş Performansı

Təkminləşdirilmiş Vaxt İdarəetməsi

REFERANSLARIMIZ

Kredit Departamentinin Rəhbəri Rabitə Bank

Sirac Heydərov

Babək müəllim haqqında danışmaq bizə düşməz. Mən sadəcə bir ömür Babək müəllimə minnətdaram. Həqiqətən əslində həyatın necə olduğunu bizə izah edən, həqiqətən öyrədən bir müəllim, şəxsən mənim üçün dahi bir insan.

Oruc Dəmirli

Babək Bayramov haqqında olan müsbət düsüncələrimi sözlə izah etmək cox çətindir. Sadə dildə deyə bilərəmki o çox yaxşı insan, işinin ustadı olan cox yaxsı NLP təlimçisidir. Həyatımda olan müsbət dəyişikliklərə görə özümü Babək müəllimə borclu hesab edirəm.

Bioloq

Məmməd Məmmədov

Babək müəllim geniş dünyagörüşünə malik, savadlı, iti düşüncəli, gözəl natiqlik qabiliyyətli bir NLP ustad trener olmaqla bərabər bütün insani keyfiyətləri özündə əks etdirən sözün əsl mənasında BÖYÜK İNSAN. Həyatının bütün sahələrində uğurlar, dünya şöhrətli NLP ustad trener, alim və insan olmağı arzulayıram.

İnsan Resursları üzrə Mütəxəssis AzərTürk Bank

Gülnar Bəkirova

Babək Bayramov bizimlə tək təlimçi kimi deyil hər birimizlə ayrı-ayrılıqda həmdə dost kimi davranışlarını əskik etməyib. Sadəcə təlim saatlarında deyil hətda təlimdən kənar zamanlarda da hər hansı bir problemlərimiz olduğu zaman diqqət göstərərək onları yoluna qoymağımızda bizə istiqamət verməkdə kömək olub. Qısa olaraq onu deyə bilərəm ki, bu insan işinin peşakarıdır.

Tələbə

Ülvi Əlimərdanov

Babək Bayramov hər zaman öz tələbələrini yetişdirməyə çalışan bir müəllimdir. Nadir müəllimlərdəndir ki tələbələrin rəqib kimi görmür və tələbələrinin uğuru onda hər zaman fəxr hissi oyadır.

Digərləri
Dəyişimə Hazırsanmı?

Koçluq Xidmətlərindən Faydalan!

Əməkdaşlığa Başla