Babək Bayramov

Babək Bayramov Haqqında, Haqqinda

NLP MASTER TRAINER, BİZNES VƏ YAŞAM KOÇU

BİZNES VƏ HƏYAT STRATEGİYALARI KOÇU

Sonsuz potensiala sahibsiniz, çünki hər zaman etdiklərinizdən daha yaxşısını edə bilərsiniz. Sadəcə bəzən istədiyiniz həyata qovuşa bilmirsiniz və bunun səbəbini kənar şərtlərlə - pulunuzun az olması, kifayət qədər güclü arxa-dayağınızın olmaması, mentalitet və başqa şərtlərlə əlaqələndirirsiniz.

Psixoloji narahatlıqlardan azad olmaq, biznesinizi inkişaf etdirmək, öyrənmənizi asanlaşdırmaq, doyumlu münasibətlər yaratmaq istəyirsiniz, ancaq bəzən heç cür nail ola bilmirsiniz və ümidsizliyə qapılaraq bunun qeyri-mümkün olduğu qənaətinə gəlirsiniz. Bu qənaətə ona görə gəlirsiniz ki, həll yollarını bilmirsiniz. Etdikləriniz işə yaramır və işə yarayan strategiyalarınız yoxdur.

Ağıl və yaradıcılıq qarşısında hər şey mümkündür.  Sizi uğura, rifaha və xoşbəxtliyə aparan yollar mütləq var. Sizin bu yolları bilməməyiniz, onların mövcud olmaması demək deyil.

Necə edəcəyinizi bilsəniz, illərlə sizdə sıxıntı yaradan bir şeyi bir neçə dəqiqəyə əyləncəyə çevirə bilərsiniz. Cəmiyyətdə mövqeyinizi yüksəltmək, zənginliyə qovuşmaq, uğurlu bir iş adamı olmaq və yaxud da həzz dolu münasibətlər yaşamaq üçün sizin daha yaxşı strategiyalara ehtiyacınız var.

Mən illərdir insanların necə sürətlə dəyişdiyini izləyirəm. İstər ölkə xaricində istər ölkəmizdə apardığım koçluq prosseslərində dəfələrlə insanların çarə yollarını öyrəndikdən sonra dərhal dəyişdiklərinin şahidi olmuşam. Güclü qərarlar verib, hədəflər müəyyənləşdirib yola çıxıblar və hər gün irəliləmə qeydə alıblar. Neyro Linqvistik Proqramlaşdırma (NLP) ilə aparılan təlim və ya fərdi koçluq (life coaching) çalışmalarımız insanlara sadəcə ümid və ya motivasiya vermir, həqiqi DƏYİŞİM yaradır.

Hər bir insan dahidir, sadəcə hər insan bunun fərqində deyil!

 

Sevgilərimlə,

Babək Bayramov

VİDEOLAR
"Ağlın qavradığı və inandığı hər şeyə nail olmaq mümkündür!" — Babək Bayramov —