Bukavel Fərdi İnkişaf Turu

Bukaveldə səfalı və təmiz havası olan bir məkanda həm dincəlib həm də özünüzü inkişaf etdirmək istəyirsinizsə “Bukavel Fərdi İnkişaf Turu”-na qoşulun.

Bukavel - Ukraynanın ən iri dağ kurortudur.

QEYDİYYATDAN KEÇ

Bukavel - Ukraynanın ən iri dağ kurortudur. Dəniz səviyyəsindən 920 metr yüksəklikdəki Polyanica Yaremçanski Şəhər Şurasının yaxınlığında,Bukovel dağının ətəyində yerləşir. Kurortunun ən yüksək nöqtəsi 1372 metr olan Dovqa dağıdır. Bukavel dünyada ən sürətlə inkişaf edən dağ kurortu kimi tanınmışdır.

Bukaveldə səfalı və təmiz havası olan bir məkanda həm dincəlib həm də özünüzü inkişaf etdirmək istəyirsinizsə “Bukavel Fərdi İnkişaf Turu”-na qoşulun.Tur müddəti ərzində sizə NLP Təlimi tədris olunacaq.

Dünyanın diqqətini özünə çəkən, prezidentlərin, siyasət və biznes adamlarının, bir sözlə uğur qazanmaq istəyən hər kəsin daim müraciət etdiyi bu sehrli güc nədir? Beyin bəyəm kompüterdirmi ki, onu istədiyin şəkildə proqramlaşdırasan? İllərlə davam edən fobiyanı, daim narahatlıq törədən daxili səsi, günahkarlıq duyğularını, insanı daim kasıblıqda saxlayan düşüncə tərzini bir neçə seansa, hətta bir neçə dəqiqəyə silməyə qadir olan bu üsullar cadugərlikdirmi? Hipnotik ünsiyyətlə satışda və diplomatiyada inanılmaz nəticələr əldə etməyin, sonsuz sayda sözləri cəmi 1 dəfə eşidərək və ya oxuyaraq eyni ardıcıllıqla uzun müddət yadda saxlamağın, yalançını bir neçə dəqiqəyə aşkar etməyin mümkünlüyünü söyləsəm inanarsınızmı? Sanki “xeyr” deyə pıçıldadığınızı eşidirəm...

Ancaq bütün bunlar həqiqətdir və bu sahə 40 ildir ki, elm olaraq dünya tərəfindən təsdiqlənmişdir. NLP-nin (Neuro Linguistic Programming) dilimizdəki tərcüməsi “Zehin Dili Proqramlaşdırılması”dır. İnsanın zehnini istəyə uyğun olaraq proqramlaşdıraraq, arzu edilən nəticələrə çatmaq olar. Bugün ABŞ və Avropada 150-dən çox institut və 2 universitetdə NLP- təhsil, iş dünyası, səhiyyə, fərdi inkişaf, ailə daxili ünsiyyət və terapeya sahələri üçün tədris olunur.  

Tura daxildir:
· Oteldə yerləşmə.
· Səhər yeməyi.
· Şam yeməyi.
· 8 günlük ekskursiya proqramı.
· Babək Bayramovun 8 günlük  NLP proqramı.
· Fotosesiya.
· Transfer

 

Ekskursiyalar:
1.Lvov şəhər turu, tarixi yerlərə ziyarət.
2.Yeremçe şəhəri , “Probiy” şəlaləsi, “Quçulşina” restoranı, suvenirlər bazarı, “Alpinştok” muzeyi
3.“Mıkulıcın”kəndində və ətrafdakı dağlı-dərəli yerlərdə ciplə gəzinti, “Rokita Velikaya” dağına ekskursiya
4.Qutsul palitrası. Müqəddəs Nikalayın həyət evinə ziyarət və Qutsul keramika emalatxanasında master klasslarda iştirak.
5.Stanislavov şəhəri, şəhər bələdiyəsini, Bastion qalireyasını, Kafedral kilsəsini, Mitskevica, İvano-Frankovskin meydanını və başqa tarixi yerlərin  ziyarəti
6.Bukovel şəhəri, Jenetskiy və Trufanetskiy Şəlalələri, çevrilmiş ev, Bukovel və Yablunitskiy aşırımlarını kecərək Mineral bulağı olan  Kvasi kəndində  istirahət.
7.Verxovina-Qutsilsinanın ürəyi: Avstriyanin arka körpüləri Viadukini, Blaqoveşensk kilsəsi, Krivopol aşırımını, Musiqi alətləri və Qutsulun qədim muzeyləri, ”Unudulmuş  əjdadların kölgələri” filminin muzeyini ziyarət edəcəklər.
8.Qutsul əyləncəsi: Qutsul adətlərinin simvolika muzeyi.
Master klaslarda iştirak: Ocaq üstündə göbələk bişirmək imkanı, Qutsul pendirlərinin  və nastoykalarının  daddırılması.

Tura daxil deyil:
•Aviabilet 
•Nahar yeməyi

 

Turun 10 günluk program üçün qiyməti:

· Yarımluks otaqda gecələmək- 540$

· Standart otaqda gecələmək- 500$

 

Qeyd:

- Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

- Ödəniş günün məzənnəsinə uyğun olaraq manat ilə həyata keçirilir.

 

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

012 409 25 82
055 342 30 43 (WhatsApp var)

Ünvan: Bakı şəhəri.Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18 (Metronun Sahil stansiyasının çıxışı)

ÜNVAN & TARİX

  • Bakı
  • Turun başlama vaxtı: 09.06.2019, saat 11:00
  • Son qeydiyyat tarixi :02.06.2019, saat 11:00
  • Sirac Heydərov
    Kredit Departamentinin Rəhbəri Rabitə Bank

    Babək müəllim haqqında danışmaq bizə düşməz. Mən sadəcə bir ömür Babək müəllimə minnətdaram. Həqiqətən əslində həyatın necə olduğunu bizə izah edən, həqiqətən öyrədən bir müəllim, şəxsən mənim üçün dahi bir insan.

  • Oruc Dəmirli

    Babək Bayramov haqqında olan müsbət düsüncələrimi sözlə izah etmək cox çətindir. Sadə dildə deyə bilərəmki o çox yaxşı insan, işinin ustadı olan cox yaxsı NLP təlimçisidir. Həyatımda olan müsbət dəyişikliklərə görə özümü Babək müəllimə borclu hesab edirəm.

  • Məmməd Məmmədov
    Bioloq

    Babək müəllim geniş dünyagörüşünə malik, savadlı, iti düşüncəli, gözəl natiqlik qabiliyyətli bir NLP ustad trener olmaqla bərabər bütün insani keyfiyətləri özündə əks etdirən sözün əsl mənasında BÖYÜK İNSAN. Həyatının bütün sahələrində uğurlar, dünya şöhrətli NLP ustad trener, alim və insan olmağı arzulayıram.

  • Gülnar Bəkirova
    İnsan Resursları üzrə Mütəxəssis AzərTürk Bank

    Babək Bayramov bizimlə tək təlimçi kimi deyil hər birimizlə ayrı-ayrılıqda həmdə dost kimi davranışlarını əskik etməyib. Sadəcə təlim saatlarında deyil hətda təlimdən kənar zamanlarda da hər hansı bir problemlərimiz olduğu zaman diqqət göstərərək onları yoluna qoymağımızda bizə istiqamət verməkdə kömək olub. Qısa olaraq onu deyə bilərəm ki, bu insan işinin peşakarıdır.

  • Ülvi Əlimərdanov
    Tələbə

    Babək Bayramov hər zaman öz tələbələrini yetişdirməyə çalışan bir müəllimdir. Nadir müəllimlərdəndir ki tələbələrin rəqib kimi görmür və tələbələrinin uğuru onda hər zaman fəxr hissi oyadır.