TƏDBİRLƏR

Böyük Uğurlar. Böyük Fəaliyyət.

Ancaq iştahanızın enerjisi sizi uğurlu edə bilər. Sizin kimi özlərini təkmilləşdirmək, fərdi inkişaf etmək istəyənlərin ən effektiv resursları, onların arzularıdır. Bu arzular onları ən yaxşı koçları, ən keyfiyyətli təlimləri, ən təsiredici motivasiya seminarlarını axtarmağa məcbur edir. Babək Bayramovun tədbirlərində iştirak etməklə həyatınızda böyük dəyişim yarada bilərsiniz.

FƏLSƏFƏMİZ

Öyrənmə

Çox sadə fəlsəfəmiz var. Əvvəlcə sizə ən effektiv təlimləri tədris edirik. Təlim məşğələlərində sizə həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edə biləcəyiniz strategiyalar addım-addım izah edilir.

Ünsiyyət

Təlim və seminarlarımız motivasiya və əyləncə ruhunda təqdim edilir. Kofe fasilələri zamanı yeni tanışlıqlar və sosial ünsiyyət əlavə dəyər yaşatmaqdadır. Daxili gücünüzün ortaya çıxması və bunları bölüşmək xoş hisslərdir.

Güclənmə

Bilməklə bacarmaq fərqli şeylərdir. Öyrəndiklərinizi həyatınızda tətbiq etmədikcə, önəmi azalır. Təlim proqramlarımızda sadəcə dinləməyəcəksiniz, həm də öyrəndiklərinizi tətbiq edəcəksiniz. Yeni strategiyalar həyatınızın bir hissəsi halına gələnə qədər yaşayacaq və dəyişim yaradacaqsınız.

QƏRARARINIZ HƏYATINIZI FORMALAŞDIRIR

Sadəcə bilikləri əzbərləyirsinizsə, bu vaxt itkisidir. Əsl öyrənmə, edə bilmək deyil, etməkdir. Öyrəndikləriniz sizi hərəkətə gətirirsə, deməli həyatınızı dəyişəcək gücə maliksiniz. Sağlamlıq, maliyyə, münasibətlər, karyera və ya hissləriniz üzərində sürətli, ölçülə bilən və qalıcı dəyişim yaratmağınız üçün bütün resurslara maliksiniz. Təlimlərimizdə iştirak edərək daxili və xarici resurslarınızı səfərbər edəcək və arzuladığınız hədəfə yönləndirməyi bacaracaqsınız.

8 ADDIMDA BİZNES MASTER

Biznes Koçu Babək Bayramovdan biznes həyatında nəyi necə edəcəyiniz haqda qiymətli məlumatlar əldə edə və praktiki çalışmalarla qısa müddətə nəticələrinizi yaxşılaşdıra bilərsiniz.

Biznes bir çox bacarıqlar tələb edir: İş modelinin qurulması, həyata davam etməsi, inkişafı, genişlənməsi və dərinlənməsinə ehtiyac var. Ancaq bunların hər hansısa birində bacarıqlı olmağınız,  kifayət etmir. Biznes Koçu Babək Bayramovdan biznes həyatında nəyi necə edəcəyiniz haqda qiymətli məlumatlar əldə edə və praktiki çalışmalarla qısa müddətə nəticələrinizi yaxşılaşdıra bilərsiniz.

BAKI ŞƏHƏRİ

Təlimin başlama vaxtı: 11.09.2018, saat 19:00
Son qeydiyyat tarixi :    11.09.2018, saat 18:50

DƏYİŞİM MÜHƏNDİSLİYİ

Dəyişim Mühəndisliyi proqramı, NLP və Koçluq sahəsində kamilləşmək, mütəxəssis olmaq istəyənlər üçün tərtib olunub.

"Dəyişim Mühəndisliyi" proqramı, NLP və Koçluq sahəsində kamilləşmək, mütəxəssis olmaq istəyənlər üçün tərtib olunub. 

  • Bakı
  • Təlimin başlama vaxtı: 15.09.2018, saat 11:00
  • Son qeydiyyat tarixi :1.09.2018, saat 10:50

ƏMƏKDAŞLIQ

Davamlı böyümək və inkişaf üçün ən yaxşılara nail olmağınız lazımdır. Ən yaxşı vasitələrdən istifadə etməyiniz, ən yaxşı texnologiyaya sahib olmağınız, ən yaxşı koçlarla işləməyiniz əldə etdiyiniz nəticələrin keyfiyyətini artırır. Çünki, yaxşı koçlar qısa yolları bilirlər və bu mənada Babək Bayramovla əməkdaşlıq ideal fürsətdir. İstər şəxsi həyatının, istər şirkətinin mövqeyini daha da yaxşılaşdırmaq üçün Babək Bayramovdan koçluq və təlim almış və faydalanmış çoxsaylı şəxslərdən biri də siz ola bilərsiniz. Nəticələrə əmin olmaq üçün qısamüddətli əməkdaşlıqla fəaliyyətə başlaya bilər, daha sonra isə daimi əməkdaşlıq sazişini bağlayarsınız. Uğur elə bir şeydir ki, insan dadına baxdıqdan sonra daha çox istəyir. Babək Bayramovdan həqiqi nəticələr yaradacaq koçluq almaqla fərdi və təşkilati potensialınızı daha effektiv və sürətlə ortaya çıxara biləcək və koçluq prossesindən zövq alacaqsınız. Xeyirli-uğurlu olsun!

Əməkdaşlığa Başla