Güclü hafizə üçün su için !

Münəzəm olaraq su içmək, sadəcə sağlamlığı deyil, hafizəni də gücləndirir.

Münəzəm olaraq su içmək, sadəcə sağlamlığı deyil, hafizəni də gücləndirir. Alimlər hafizəni gücləndirmək və düşüncə sürətini artırmaq üçün xüsusilə təbii minerallarla zəngin, “pH”-ı yüksək olan suları məsləhət görürlər. Suyun bədənimizə olan həyati əhəmiyyətli təsiri fikrini irəli sürən, qidalanma və pəhriz üzrə Türkiyəli məşhur mütəxəssis Dr. Yasəmin Bradley : “Beynimizin 70-75%-i sudan ibarətdir. Güclü yaddaşa sahib olmaq, yəni sürətli düşünə bilmək üçün suya ehtiyyacımız var.”- deyir.

“Beyinin 70-75%-ni əmələ gətirən su, yaddaş üçün vacibdir”- deyən Bradley, “su beynin bütün funksiyalarını sürətləndirir, su azaldığı zaman beyin daha yavaş işləyir. Susuz beyin, bilik saxlama və hafizə yaratma imkanlarını itirir”- kimi açıqlama verdi.

Tərkibində kalsium və maqnezium olan suyun daha “sərt” olaraq dəyərləndirildiyini izah edən Bradley, “çoxumuz kalsium və maqneziumun faydalarına lazımi qədər əhəmiyyət vermirik. Gündəlik kalsium ehtiyacının 70%-i süd və süd məhsulları, 16%-i meyvə qurusu və çərəz, 6-7%-i isə mineral sularla təmin olunması tövsiyyə olunur. Ancaq, su ilə qəbul edilən kalsium mövzusunda dəqiq rəqəm söyləmək çətindir. Çünki, hər litrində 400 mq və ya bir neçə mq olan sular var. Bu səbəblə, su şüşələrinin üzərini diqqətlə oxumaq və ideal kalsium yönündən zəngin, “pH”ı yüksək olan təbii mineral su içmək lazımdır”-dedi.

 

Babək Bayramov

NLP Master Trainer

Fərdi İnkişaf Ustadı

Sən nəyə hazırsansa, o da sənə hazırdır.Dəyişimə hazırsansa, İndi Başla

Babək Bayramov Koçluğu
DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Öyrənmə & İnkişaf

ÖYRƏNMƏ

Ətraflı