Liderlik


Seminarın əsas hədəfi fərdin vizionunu genişlətmək, yeni fikirləri və yeni təşəbbüsləri qəbul edərək, şübhə və qorxulardan xilas olaraq fərdi inkişafa nail olmaqdır. Qorxunun səbəbi, özünü anlama çatışmazlığı və fərdi inkişafın səviyyəsinin aşağı olmasıdır. Qorxu məsuliyyət ilə tərs mütənasibdir və bütövlüyün olmadığını göstərir.

Seminarda aşağıdakı mövzular üzrə təlimlər veriləcəkdir:

ÖZÜNÜ TANIMA VƏ DƏYİŞMƏ 
Hər bir lider həyatda özünün dəyişməsindən başqa bir dəyişimin olmadığını bilər. O öz dəyişimini, gündəlik həyata və iş həyatına hadisələrin istiqamətini təyin edən ən güclü vasitə olaraq tətbiq edir. Seminar, insanı öz şəxsiyyətini, vərdişlərini və davranış formasını tanımağa təşviq edir. Özünü müşahidə etmə, özünü düzəltməkdir.

UZUN TƏŞKİLATİ ÖMÜR 
Təşkilatlar, öz həyatlarını gənc olaraq başa vururlar. Dünyada kiçik və orta ölçülü təşkilatların orta hesabla həyat dövrü 18 ildən 12 ilə qədər enib. Ən böyük nəhənglər və ya qlobal aktyorlar belə, bəzi istisnaları nəzərə almasaq, uzun yaşamırlar. “Fortune 500” şirkətlərinin ortalama həyat müddəti isə 40 - 50 il arasındadır. Seminar bu müəmmalı fenomeni araşdırır və şirkətlərin uzun yaşamadığı nəticəsini əldə edir. Çünki təşkilatlar bütövlüklərini itirmişlər və tam, qüsursuz insani xüsusiyyətlərə malik, ədalətli liderlərin çatışmazlığı ilə qarşılaşıblar.

TƏŞƏBBÜSKAR LİDERLƏR 
Dünyada böyük təşkilatlar artıq ənənəvi menecerləri axtarmırlar və işə götürmürlər. Onlar, gənc, özünü tamamilə işə verə bilən, iş sahibi qədər məsuliyyət səviyyəsi yüksək, təşəbbüskar liderləri axtarırlar.

ANTAQONİST QANUNU ( RƏQABƏT QANUNU ) 
Ən sadəsindən ən mürəkkəbinə qədər hər orqanizm rəqabət dünyasında yaşayır. İnsanlar vəhşilikdən sivilizasiyaya qədər təkamül nərdivanının hər pilləsində müxalif güclər, etirazlar və təcavüz ilə qarşılaşmışlar. Bütün mədəniyyətlərdə və dövrlərdə, liderlərin müvəffəqiyyəti, antaqonist ilə uyğunlaşma qabiliyyətinə bağlı olmuşdur.
Dinlərdə və müqəddəs kitablarda səslənən, min illik "Düşmənini sev" ifadəsi, bu güclü mesajın ənənəvi verilmə şəklidir. Antaqonist, düşmən xarakterli alışqanlıqdır... Antaqonistin yeganə hədəfi sizin zəfərinizdir... Sizi dünyada heç kim Antaqonistdən daha çox sevə bilməz. Antaqonistin son məqsədi sizin bütövlüyünüzdür. 
Bu seminar, diqqətə çarpan rəqiblər və antagonistləri uyğunlaşdırma sənəti haqqındadır. Və yeni iş dünyasının ehtiyacı olan təşkilati liderlərin hazırlıqları əlaqədər dəyər yaradır.

BÜTÖVLÜK: Bütövlük və Uğur eynidir!
"Gənc insanların uğur qazanması üçün ehtiyac duyduqları şey bilik deyil, bilikdən də çox onların bütövlüyünün keyfiyyətidir... Həqiqi iş uğuru pul, universitet diplomu və ya ictimai status ilə əldə edilmir, bütövlük keyfiyyəti ilə gəlir." Roger Babson, (İş adamı, Babson Kollecinin qurucusu)

Bu kəşf, bütövlüyə yeni bir işıq salmış və iqtisadi olaraq vacib bir ünsür mövqeyinə gətirmişdir. Bu seminarda ,bütövlük çatışmazlığı nəticəsində yoxa çıxan və ya dəyər itirən təşkilatların vəziyyətləri ilə bütövlük prinsip və dəyərlərinə bağlılıqları vasitəsi ilə yüksək dərəcədə maliyyə uğurları əldə etmiş təşkilatların vəziyyətləri təhlil edilərək müzakirə olunacaqdır.

“General Electrik” kimi təşkilatlar bütövlük üzrə təlimlərə ildə milyonlarla dollar sərmayə qoyurlar. Ancaq bütün bu işlər qüsursuz liderlər, sükanı saxlayan kapitanlar, yaradıcı ruhları, məğlubedilməz əzm və etibarları olmasa dəyərsiz olardılar. Seminar bir çox tarixi şəxsiyyətlərin, liderlərin, dahi insanların zehinlərinə səyahət edəcək, onların sözlərini, qərarlarını və işlərini öyrənərək psixologiyalarını kəşf etməyə aparacaqdır.

SEMİNARIN NƏTİCƏSİ OLARAQ Bu seminarın tamamlanması ilə iştirakçı:

1. Bu təlim nəticəsində məsuliyyət duyğusuna və öz şüuruna sahib çıxaraq, şirkətin etik dəyərlərinin və qurucusunun qoyduğu qaydaları, şirkətin bütövlüyünün təməl daşı olduğunu qavrayacaqdır. 
2. Şirkətində, şöbəsində, yaxud öz vəzifə və məsuliyyətlərində yüksək dərrakəyə nail olaraq, hadisələr qarşındakı mövqeyini əvvəlcədən diqqətlə iki tərəfli təyin edərək səhvlərin yaranmasına mane olacaqdır.
3. Hədəflərin bir nəticə olmadığını biləcəkdir; nəticəyə gedən yolda öz daxili bütövlüyünü təmin edərək qorxmaz bir döyüşçü kimi özünü hər gün inkişaf etdirəcək, yeniləyəcək və müvəffəqiyyətin fərdi olmadığını; firma, cəmiyyət və ölkə düşüncəsiylə inkişaf edəcəyini mənimsəyəcəkdir.
4. Həyatın hər tərəfinin; şəxsi, ictimai və iş həyatının bir bütöv olduğunu qavrayaraq, məsuliyyət sahibi, nümunəvi bir lider mövqeyi qazanacaqdır. Bu məqsəd yolunda da öz inkişafını gündəlik davam etdirəcəkdir.

KOMANDA İŞİ
Komanda - insanlardan təşkil olunmuş əmək qrupudur, şirkətin əsas resurslarıdır.

Müddəti: 2 saat

Ətraflı məlumat üçün::
(012) 409-25-82
(055) 342-30-43 (WhatsApp)

Ünvan:
Bakı şəhəri , Səbail rayonu , Üzeyir Hacıbəyov küçəsi 18 ( Sahil metro stansiyasının çıxışı)