NLP Practitioner


NLP metodlarını və texnikalarını tam öyrənib, istifadə etdikdən sonra həyatınızda nələr olacağını bilirsinizmi?

Sizi nələrin gözlədiyini xəyal edə bilərsiniz: ailəniz, dostlarınız və əlaqədə olduğunuz digər insanlarla daha qənaətbəxş münasibətlər, təhsildə möhtəşəm nəticələr, iş həyatında daha böyük uğurlar və həyatınızın hər sahəsində daha çox zənginlik.

NLP ilə fövqəladə səfərə xoş gəlmişsiniz!

Çoxlu motivasiya kitabları oxumusunuz, seminarlarda iştirak etmisiniz, amma heç də arzuladığınız həyati nəticləri əldə etməmisiniz, çünki, hər kəs Sizi  iradə gücünüzü işlədərək inkişaf etməyə çağırır. Bu isə özünüzü məcbur edərək uğurlu olacağınız deməkdir. Tələdir! Ona görə ki, iradənizi məcbur edərək dəyişmək istəyirsinizsə, deməli özünüzə ağrı verməklə dəyişməyə çalışırsınız. Xoşunuz gəlməyən bir işi görməkdən sıxılırsınız, sevmədiyyətiniz bir məşğuliyyət sizi yorur. Özünüzü məcbur etsəniz, iradə gücü ilə dəyişmək istəsəniz, sadəcə hiss etdiyiniz ağrıları daha da şiddətləndirəcəksiniz. Məhz bu səbəbdən insanlar qiymətli motivasiyalarını və özlərinə inamları itirirlər, “iradəm zəif olduğu üçün davam edə bilmədim”, deyirlər. Hər insan həyatı boyu dəfələrlə “iradə tələsi”nin qurbanına çevrilir. İradə qısa müddətə nəticələr verə bilər, ancaq uzun müddətli dəyişim üçün keçərli deyil. Çünki, iradə bir sistem olaraq işləyir və onun limitləri var, zatən onun funksiyası limitləri bir qədər aşmaqdan o yana keçmir. İradə, daha güclü sistemlər qarşısında, şüuraltının çox dərinliklərinə kök atmış inanclar qarşısında heç nə edə bilməz. Effektiv dəyişim həyat boyu  davam edən prossesdir və həyatınız boyu özünüzə ağrı verə bilməzsiniz.

Uğurun sirri hədəfə köklənmək və prossesdən zövq almaqdır!

Əgər dəyişim prossesində ağrı əvəzinə həzz hiss etsəniz, dəyişimdən zövq alsanız necə olar? İnsan beyni belə bir təkamül keçib: Bizə xoş gələn şeyləri etməyə davam etmək istəyərik, bizə xoş olmayan şeylərdən isə uzaq durmaq istəyərik. Əgər dəyişim prossesini zövqlü hala gətirə bilsəniz, o zaman dəyişim üçün lazım olan davranışlarınız asanlaşacaq, sürətlə yeni bacarıqlar qazanacaqsınız və qısa müddətə pozitiv nəticələr əldə edəcəksiniz.

Tələbə imtahanda həyəcanlanmağın lazım olmadığını bilir, ancaq imtahan salonuna yaxınlaşdıqca sinəsində xoşagəlməz simptomlar oyanmağa başlayır, özünü heç cür sakitləşdirə bilmir. Həyatının xanımı ilə rastlaşan bir bəy, ona ürək sözlərini açmaq istəyir, içindəki cəsarətsizlik duyğusunu və biabır edilmək qorxusunu heç cür özündən qova bilmir. İdmana getmək üçün xüsusi əhvalın və həvəsin lazım olduğunu hər kəs bilsə də, əksəriyyət idman zalına getmək lazım gələndə sanki bədəninə halsızlıq və yorğunluq gəlir.

Siz məntiqlə nə etməli olduğunuzu bilirsiniz, ancaq içində olduğunuz vəziyyət, əhvalınız sizə mane olur. Möhtəşəm işlər görmək üçün, möhtəşəm hissləri hiss etməyiniz şərtdir, məhsuldar əhval şərtdir. Edəcək əhvalınız olmazsa etməzsiniz. Lazım olan anda lazım olan ruh halını yarada bilsəniz, dünyanı dəyişdirəcək gücü içinizdə tapa bilərsiniz. Sevgilinizlə ünsiyyətdə, iş yerində, uşaqlarınıza dərs izah edərkən sizə lazım olan duyğu halı yaratmağı bacarsanız,   həyatınızda hər şey bir-birinin ardınca dəyişməyə başlayacaq. NLP vasitəsilə hiss etdiklərinizi, bir neçə dəqiqə ərzində necə dəyişdirəcəyini öyrənəcəksiniz. Duyğuları yenidən proqramlamağı, lazım olan ruh halını əldə etməyi başqa heç bir metodla bu qədər sürətlə və qalıcı şəkildə əldə edə bilməzsiniz. Həyatınızın istiqamətini xüsusi, dərin texnikalarla dəyişdirəcəksiniz.

Dəyişimi NLP ilə əyləncəli hala gətirə bilməyinizdən savayı, insanların və dünyanın mənasını beyninizdə tamamilə dəyişəcəksiniz. Təlimi bitirdikdən sonra, geriyə baxıb, əvvəllər Sizə böyük stress verən şeylərə “boş şeymiş” deyə biləcəksiniz. Həmdə bunlar içinizdən o cür gələcək, özünüzü aldatmayacaqsınız. Dəyişimi “iradə tələsi”nin əsarətindən qurtaracaqsınız, həyatınızda yeni üfüqlər açacaqsınız.

Oxuduğunuz kitablar, yaxınlarınızdan eşitdiyiniz tövsiyyələr bəzən işə yarayır. İndi isə dəyişimi yaşamaq zamanı gəldi.

İndi NLP dünyasına səyahətə başladınız, dünyanın düşündüyünüzdən daha rəngarəng olduğunu fərq edəcəksiniz. Həyatınız gözəl macəraya çevriləcək, siz öz romanınızın yazıçısı, filminizin rejissoru olacaqsınız.

NLP bir sənət və elmdir, bir insan olaraq MÜKƏMMƏL olmaqdır.

NLP, İNSANIN İNKİŞAFI VƏ FƏRDİ AZADLIĞI ÜÇÜN ƏLİNİZDƏ OLAN ƏN YAXŞI VASİTƏDİR.

NLP Practitioner Sertifikat Proqramı – Bir insan olaraq həqiqi potensialınızı kəşf etməyiniz və ondan ən yaxşı şəkildə istifadə etməyiniz üçün bir vasitədir. NLP Practitioner təliminin mövzularını universitetlərdə, təlimlərdə yaxud kitablarda tapa bilməyəcəksiniz, bu məlumatlar sizin içinizdə gizlidir. Dahiliyiniz içinizdə sizin əmrinizi gözləyir və bu proqram sizə oyanışınızın açarını verəcəkdir.

Beynəlxalq aləmdə tanınan bu proqram, artıq sizə faydası olmayan davranışlardan xilas olmağınız və eyni zamanda xəyal etdiyiniz həyatı yaratmağınız üçün sizə kömək üçün tərtib olunub.

 

NLP Practitioner sizə nələri qazandıracaq ?

Təhtəlşüurun Öyrənmə Bacarıqları : Təhtəlşüurun iş prinsiplərini öyrənərək, sizi məhdudlaşdıran vərdişlərinizi necə öyrəndiyinizi kəşf edib, sizi hədəflərinizə aparacaq yeni vərdişləri necə qazanacağınızı təcrübə edərək öyrənəcəksiniz.

Münasibətlər : Ailəniz , dostlarınız və iş həyatınızdakı insanlarla ünsiyyət bacarıqlarınızı əhəmiyyətli dərəcədə artacaq. Bundan başqa istifadə etdiyiniz dil və sözlərin bütün davranışlarınızı necə proqramlaşdırdığını və bunun da sizin dünya təcrübənizə birbaşa necə təsir etdiyini anlayacaqsınız.

Duyğuların idarə olunması : Duyğularınıza necə nəzarət edib, idarə etmək imkanınızın olduğunu öyrənəcəksiniz.

Gələcəyinizi Yaratmaq : Arzu etdiyiniz gələcəyinizi yaratmaq üçün beyninizdən necə istifadə edə biləcəyinizi və davranışlarınızı necə proqramlaşdıra biləcəyininizi öyrənəcəksiniz.

Fərdi Motivasiya : Özünüz özünüzü necə motivasiya edə biləcəyinizi öyrənəcəksiniz.

 

NLP PRACTİTİONER TƏLİMİNİN MƏZMUNU

- NLP nədir?

- Zehin, Dil və Davranış Əlaqəsi

- NLP, Fərqi Meydana gətirən Fərq Necə Yaradır?

- NLP-nin əsas prinsiplərivə Fəlsəfəsi

- NLP istifadəsi üçün Etik və Professional Ana Xəttlər

- NLP Fərziyyələri

- Şərtləndirmələr və Öyrənilmiş Çarəsizlik

- Təhtəlşüurun İşləmə Qanunları

- Şüur və Təhtəlşüur Arasındakı Fərqlər

- Şüur və Təhtəlşüurun Öyrənmə Qanunları

- Öyrənmə Səviyyələri

- Məntiq Səviyyələri (Logical Levels)

- NLP Dəyişmə Prosesi

- Hədəflər Baxımından Yaxşı Formalaşdırılmış Şərtlər Yaratmaq

- Əlaqə və Dil Ünsürləri

- Qəbul etmə, Daxili Təmsil və Reaksiya Vermək Prosesi

- Ahəng qurma (Rapport)

- Başlanğıc və Sonrakı Səviyyədə Uyğunlaşmanın Ünsürləri

- Fiziologiya

- Həssaslıq və Kalibrasiya

- Təmsil Sistemləri (Representational Systems)

- Vizual, Audial, Kinestetik və Digital

- Göz Siqnalları (Eye accessing cues)

- Meta Model

- Silmə, Pozma və Ümumiləşdirmə

- Milton Modeli və Hipnotik Dil Qəlibləri

- NLP və Hipnoz Əlaqəsi

- Hipnozun Təhtəlşüur Öyrənmə ilə Əlaqəsi

- Duyğuları İdarə etmək

- Emossional Dəyişmə Prosesi

- Müsbət Duyğuları Yaratmaq və Təkmilləşdirilmək

- Mükəmməllik Çevrəsi (Circle Of Excellence)

- Mənfi Duyğuları Azaltmaq və Yox Etmək

- Əlaqəli və Əlaqəsiz Mövqeyə keçmək (Association & Dissociation)

- Lövbər Atma (anchoring)

- Yığma Lövbərlər, Çökən Lövbərlər və Silsilə Lövbərlər

- Yenidən Çərçivələmək (Reframing)

- 6 Addımda Yenidən Çərçivələmək

- Swish Texnikası

- Zaman Xətti (Time Line)

- Şəxsi Keçmişi Dəyişdirmə

- Motivasiya

- Uzaqlaşan Motivasiya

- Yaxınlaşan Motivasiya

- Motivasiyanın Nəzəriyyələri

- Motivasiyanın Tətbiqatı

- Gələcəyi Yaratmaq

- Fərdi Vizion Texnikaları

- Dəyər və inanclar

- Məqsəd və Vasitə Dəyərləri

- Yaxınlaşan və Uzaqlaşan Dəyərlər

- Dəyərləri Təyin Etmə və Dəyər Xəttində Yerləşdirmə

- İnanc Dəyişdirmə Prosesi

- Məhdudlaşdırıcı İnancları Müəyyən Etmə

- Təsirli Hədəflər Müəyyən Etmə

- Hədəf Təyin Etmə Texnikaları

- Bütün öyrənilənlərin birləşdirilməsi

 

NİYƏ NLP PRACTİTİONER ?

Siz də həyatlarında istədikləri nəticələrə çata biləcək şəxslərdən olmaq və həyatınızın idarəsini əlinizə almaq , istədiyinizdə xoşbəxt, hər zaman istədiyiniz şəkildə davranışlarınızı , duyğularınızı idarə edə biləcək, bundan başqa insanlara təhtəlşüur səviyyəsində təsir etmək bacarıqlarına sahib olsaydınız necə olardı?

NLP , 1970-ci illərin əvvəllərində (dilçi) John Grinder və (riyaziyyatçı və Gestalt terapiyaçı) Richard Bandler tərəfindən Amerikada yaradıldı. NLP , “ Öz sahəsində adi bir şəxslə mükəmməl biri arasındakı fərq nədir?” sualına cavab axtaran araşdırmaların məhsuludur.

NLP, uğurlu insanların əslində nələr etdiklərini və dəyişimi necə ortaya çıxardıqlarını müşahidə etməklə başlamışdır. Bu mövzuda ilk nəticələr bunlardır: uyğunlaşmanın necə yaradılacağı, əlaqəli sualların (meta model) necə veriləcəyi, daxili resurslardan istifadə üçün lövbərlərin (klassik şərtləndirmə) necə istifadə ediləcəyi, perspektivlərin (yenidən dizayn etmə) necə dəyişdiriləcəyi (vizual , audial ,kinestetik və digital), fərqli düşünmə tərzlərinin necə istifadə ediləcəyi və hipnotik dil qəliblərindən (Milton modeli) necə faydalanılacağı. NLP daha sonra koqnitiv elm (sağ-sol beyin , TOTE , zehin -bədən əlaqəsi ), pedaqoji (öyrənmə formaları ), idman psixologiyası (zehni təlim) kimi fərqli sahələrdən bir çox modeli mənimsəmiş və birləşdirmişdir. Beləcə ünsiyyət və davranış dəyişikliyi sahəsində faydalı vasitələr və modellərin cəmi halına gətirilmişdir.

Məqsəd, mükəmməlliyə necə çatmağın təyin olunaraq, bunun hər kəs tərəfindən öyrənilə - tətbiq oluna bilər hala gətirilməsi idi (modelləmə). Grinder və Bandlerin istifadə etdikləri modelləmə texnikalarını və fərdi töhfələrini , beyin- dil- bədən arasındakı əlaqəni simvollaşdırmq üçün “Neuro - Linguistik Proqramlaşdırma” olaraq adlandırdılar.

 

NLP-nin Faydalarının Bəziləri

Şəxsi farqindəliyinizi artırmaqdan, qorxularınızı yox etməyə qədər. Keçmişin mənfi qəliblərini tərk etmədən, seçdiyiniz peşədə mükəmməlləşməyə qədər hər sahədə;

- Müvəffəqiyyət səviyyəsini zirvə nöqtəsinə çıxara və əvvəllər qeyri-mümkün olduğunu hesab etdiyiniz ideyalarınızı reallaşdıra bilmək,

- Məntiqli, qəti, əldə edilməsi mümkün, yaxşı dizayn edilmiş hədəflər qoymaq,

- Motivasiya gücünü artıraraq iş və şəxsi həyatda yüksək performans göstərə bilmək,

- Psixoloji marketinq qabiliyyəti inkişaf etdirilərək daha çox satış edə bilmək və daha yaxşı bir iqtisadiyyat yaratmaq,

- Düşüncə gücü və qərar verə bilmə qabiliyyətini artırılaraq problemlərə qarşı, sürətli və yaradıcı çarələr çıxara bilmək,

- Ahəngli, təsiredici və strateji ünsiyyət qura bilmə və güclü razı sala bilmək qabiliyyətinə sahib ola bilmək,

- Zamanını daha məhsuldar istifadə edə bilmək və qısa müddətdə daha məhsuldar nəticələr əldə edə bilmək,

- İstənilməyən davranışlarını dəyişdirə bilmək , duyğuları idarə edə bilmək və yeni qabiliyyətləri qazana bilmək ,

- Stress enerjisini müsbət istiqamətdə istifadə edə bilmək və stress altında müsbət düşünə bilmək,

- İnsanları və özünüzü daha yaxşı tanıya bilmək , insan psixologiyasına görə sonrakı səviyyədə hipnotik ünsiyyət qura bilmək,

- Şəxsi və ictimai liderlik qabiliyyətləri inkişaf etdirilərək , təsirli rəhbərlik strategiyalarını tətbiq edə bilmək,

- İş həyatında daha müvəffəqiyyətli ola bilmək üçün ailə daxili münasibətlərini inkişaf etdirə bilmək,

... Və həyatdan daha çox zövq ala bilmək üçün kömək edir.

 

NLP-ni insanların iştirak etdiyi bütün sistemlərdə tətbiq edə bilərsiniz:

Fərdi İnkişaf sahəsində :

Motivasiya , qərar vermə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Zəmanəmizdə hər kəs keyfiyyətli ünsiyyətdən danışır, ancaq bunun necə uğurlu ediləcəyindən danışılmır. NLP-də öyrənəcəyiniz bacarıqlar sizi daha təsirli edəcək və ünsiyyətdə ya da həyatınızın hər sahəsində öz etibarınızı artıracaq. Sensor itiliyi artırmağı öyrənmək sizə həm özünüzlə, həm də ətrafınızdakılarla əlaqəli yüksək keyfiyyətdə məlumatı əldə etməyinizə kömək edəcək. Ən yaxşı dərəcədə təsir etmənin bütün ünsürlərini anlayacaq, razı salma və təsir etmənin müəyyən və ümumi dil qəliblərini necə istifadə edəcəyinizi öyrənəcəksiniz. Fikirlərin aşkar və lazım olduğunda ortaya qoyulması , hər cür davranış dəyişimi , istəkləri davranışa çevirmə bacarıqları qazanma , istəmədiyimiz davranışlardan xilas olma , mövcud olmayan davranışların qazanılması, asılılıqların aradan qaldırılması ( Siqaret, narkotik, içki, qumar və s ..) və stressiz bir həyat , yemək vərdişlərinin dəyişdirilməsi , çəki almaqdan, siqaret vərdişindən xilas olma , daxili münaqişələrin yox edilməsi və daxili sülhün təmin edilməsi, YOX deyə bilməyi öyrənmə

 

Biznes Dünyası sahəsində:

 NLP ilə Liderlik , NLP ilə Satış və Marketinq strategiyaları , NLP ilə ünsiyyət texnikaları , komanda ünsiyyəti və komanda ruhunun yüksəlməsi , işçilərlə ünsiyyət strategiyaları, həlli və çoxaldılması ; bir bütöv olaraq öyrənən təşkilatların inkişaf etdirilməsi , vəziyyətə görə strategiyaları istifadə etmə , motivasiya strategiyaları , qərar strategiyaları, yaradıcılıq strategiyaları , doğru qərarların modellənməsi , uğurlu menecerlərin modellənməsi, idarəetmə , satış , marketinq mövzusunda razı salma qəlibləri, proqramları, şüuraltı satış , razısalma və təqdimat teknikaları.

Təhsil sahəsində: İmtahanlara stressiz hazırlaşmaq, imtahan anında məlumatları xatırlamaq, dərs oxumaq vərdişlərinin dəyişdirilməsi , NLP ilə qalıcı və sürətli öyrənmə , dinləyicilərə təhtəlşüur səviyyəsində təsir etmə, şüuraltı öyrənməyi və öyrətməyi sürətləndirmə , anlamağı sürətləndirmənin təsirli üsulları , öyrənmənin önündəki maneələri aradan götürmə , tələbələrin keçmişdən gələn öyrənmə maneələrini götürmək , öyrənən şəxsləri modelləşdirmə , 4 öyrənmə stili və planlaşdırması ( 4MAT ) , sürətləndirilmiş öyrənmə , məhsuldar öyrənmə , yetkin öyrənmə nəzəriyyəsi və yaddaş dinamikası , öyrənmə meta proqramları.

Terapiya sahəsində : Depressiya, panik atak, sosial fobiyalar, şəxsiyyət pozuntuları, cinsi problemlər, bütün psixoloji narahatlıqlar

 

Müddəti: 80 saat

 

Ətraflı məlumat üçün:

(012) 409-25-82

(055) 342-30-43 (WhatsApp)

 

Ünvan:

Bakı şəhəri , Səbail rayonu , Üzeyir Hacıbəyov küçəsi 18 ( Sahil metro stansiyasının çıxışı)