NLP Trainer


MTI-Mind Training İnstitute standartlarında hazırlanan NLP Trainer təlimində iştirakçılar, NLP təlimi keçirə bilmələri üçün nəzəri və praktik təlimdən keçirilir. Veriləcək olan NLP Trainer təlimində diqqət mərkəzində iştirakçıların özləridir. “Walk what you talk!” şüarı ilə yola çıxılan NLP müəlimliyi, insanların özlərilə və görmüş olduqları iş ilə uyğunluq içərisində olması lazımdır.

İştirakçılar təlim müddətində görmək istədikləri işlə əlaqədar daxili şəxsiyyət yaradarkən, digər tərəfdən NLP bilik və texnikalarının istifadəsində peşəkarlaşırlar və biliklərin ötürülməsi üçün lazım olan pedaqoji bacarıq və ünsiyyət qabiliyyətlərini inkişaf etdirirlər.  Təlimdən uğurla məzun olan iştirakçılar, beynəlxalq dərəcəli NLP Trainer setifikatı almağa haqq qazanır.
 

NLP Trainer sertifikat təlim proqramı, əsas iştirak şərtləri..

NLP Trainer təliminə qatıla bilmək MTI-Mind Training İnstitute təlim kriteriyaları ilə qarışdırılabilən standartlarda hazırlanmış bir NLP Practitioner və Master Practitioner təlimindən uğurla məzun olmağı şərtləndirir. Bu zaman sertifikatınızın surətini bizə çatdırmalısınız. Beynəlxalq standartlar gözlənilmədən hazırlanmış təlim proqramlarından məzun olmuş iştirakçı namizədlərinin müraciətləri qəbul olunmaz. NLP Practitioner və ya Master Practitioner sertifikatı olmayanlar da Trainer təliminə qatılaraq bu təlimdən faydalana bilər. Lakin önlara NLP Trainer sertifikatı verilməz. Bu xüsusi vəziyyət üçün qeydiyyatdan öncə təlimçilərimizlə öngörüşmə şərtdir.  
Şəxsin rəsmi NLP Practitioner təlimi başlıanğıc tarixi ilə Trainer təlimi başlanğıc tarixi arasında  NLP tətbiq edicisi olaraq ən az iki illik təcrübənin olması şərti də vardır. 
Sertifikatlarımıza təlimlərimizə qatılmaq üçün əsas ruhi və fiziki sağlamlığın yerində olması vacibdir. 
İştirakçılar 25 yaşını tamamlamış, ən azı lisenziyalı və qanuni təhsil qurumundan məzun olduqlarını və hər hansı bir qanundankənar təşkilat və ya təriqət üzvü olmadıqlarını qeyd etməlidirlər. 
Təlim proqramlarımızda iştirakçı sayı limitli olub, aparılacaq olan ön qeydiyyat , arzu edilən təlim zamanında və ya təlim qrupunda yer almağı qaratiləməz. Tələb çoxluğunda bir öncəki mərhələdən yüksək nailiyyətlə məzun olmuş NLPAT proqram iştirakçılarına üstünlük verilir. Beynəlxalq NLP təlim standartlarına əsasən iştirakçıların uğurla məzun olması üçün təlimə ən az 80% nisbətində qatılmış olmalı və uğurla tamamlamaq kimi öhdəlikləri vardır. Buraxılan təlim hissələri bir sonrakı təlim zamanı ödəniş edilmədən təkrarlana bilər. 
 

İştirakçıların əsas vəzifələri
Təqdimat layihəsi
İştirakçılar ən azı 12 nəfərdən ibarət bir qrup qarşısında hər biri ən az 25 dəqiqə davam edəcək olan 2 təqdimat həyata keçirirlər. Seminar mövzularının layihəsi təqdimatdan ən azı 1 ay öncə səlahiyyətli təlimçiyə təslim edilir. Video çəkilişlərinin incələnməsindən sonra iştirakçılar qrup və təlimçilərdən ətraflı geri bildiriş alır. İştirakçılar, tətbiqedici imtahandan başqa, nəzəri biliklərinin yetərliliyi haqqında yazılı imtahan da verirlər.
Yazılı imtahan
Yazılı imtahan, NLP Trainer təliminə qatılanların nəzəri NLP biliyinin göstəricisidir. NLP təlimçilərinin lazımı səviyyədəki NLP bilik və bacarıq standartlarını zəmanət altına almaq üçün hər bir iştirakçı yazılı imtahandan keçirilir. İmtahan kağızları ən azı 3 il arxivdə saxlanılır. Bu müddətdə MTI-Mind Training İnstitute, keyfiyyət standartlarının qorunması məqsədilə arxivləri yoxlama haqqına sahibdir. 
Fərdi supervisyon
NLP təlimçiliyi, şəxslərin özlərilə və görmüş olduqları iş ilə uyğunluq içərisində olmasını lazım bilir. Hər iştirakçı fərdi şəkildə inkişafa açıq olan mövzuları üzərində qrup daxilində və ya şəxsi 15 saatlıq supervisyon, terapiya və ya koçinq dəstəyi alır. 
Əsas görülən ümumi təlim standartları
Təlim müddəti, praktiki-yazılı testlər və 15 saatlıq supervizyon daxil təlim müddəti ümumilikdə 130 saat olaraq müəyyənləşdirilmişdir.
NLP Trainer təlim, ən az iki səlahiyyətli mütəxəssis təlimçi (NLP LehrTrainer) tərəfindən həyata keçirilir. Təlim standartları şərtinə görə bunların iki fərqli institutdan gəlməsi tövsiyyə edilir. 
Təlim müddətində hər on iştirakçıya Trainer köməkçisi olan ən azı bir asisstemt düşür. 
Trainer təlimini keçəcək olan təlimçilərin ən az 3 illik təlimçilik təcrübəsinin olması, ən az 3 Practitioner təlimi, 2 Master Practitioner təlimi aparmış və ən azı 1 dəfə başqa bir Trainer təlimində assistentlik vəzifəsində çalışmış olmaları lazımdır.
NLP Trainer proqramının minimum məzmunu:
*Prizintasiya və səhnə bacarıqları
*Açılış və bağlanış çərçivələrinin hazırlanması
*Hədəf qurulması və məlumat ötürmə stilləri
*Meta proqramların ziddiyyətləri, öyrənmə strategiyaları
*Fərqli təmsil sistemlərinin müşahidəsi mövzusunda metod və planlaşdırma
*Referans bilik mənbələrindən faydalanmaq
*Bilik səviyyələri arasında seçim və keçişlər
*İştirakçılara uyğunlaşmaq, ahənglik yaratmaq və liderlik etmək bacarıqları
*Qrup dinamikasının inkişaf etdirilməsi
*Tətbiqetmə və çalışma tənzimləməsi
*Şüurlu və şüursuz öyrənmə
*Qapalı mesajlaşma üsulları
*Prezentasiya enerjisinin mühafizə edilməsi
*Öyrənilən məzmunun həyatda tətbiqi üçün zəmin hazırlamaq
*Future Pace bacarıqlarının inkişaf etdirilməsi
*Vizual prezentasiya texnikalarından istifadə
*Metafora müddət planlamaları və qabaqcadan çərçivələmə üsulu
*Kritik iştirakçıların ələ alınması, sözlü hücum
*Təcrübələrininteqrasiyası, geri bildirim müddətlərinin açıqlığının təmin olunması
*Davranış ilə insan tanımanın müşahidə olunması...
NLP Trainer, Təlimçilik səlahiyyətləndirmə kriteriyaları
MTI-Mind Training İnstitute standartlarında NLP Practitioner, Master Practitioner və ya Trainer sertfikat təlimi hazırlamaq istəyən iştirakçılar, aşağıda göstərilən səlahiyyətləndirmə kriteriyalarını sənədləşdirmək öhdəliyindədir. 
MTI-Mind Training İnstitute təlim kriteriyaları ilə qarışdırıla bilən standartlarda hazırlanmış bir NLP Practitioner, NLP Master Practitioner, NLP Trainer təlimindən məzun olmaq.
Practitioner təlimindən sonra ən az 3 illik NLP təcrübəsinə sahib olmaq və bu müddətdə ən az Master Practitioner səviyyəsindən bir, NLP  tətbiqedicisindən 30 saatlıq koçinq almış olmaq.
Bir NLP Pratitioner və Master Practitioner təliminə assistantlıq etmiş olmaq. Bu müddətdə səlahiyyətli təlimçinin nəzarətində təlimi qismən ələ almış kimi davranmaq.
500 saatlıq təlimçilik təcrübəsi. (Məktəb, akademik, yetkin təlimi və oxşar təlim sahələri daxildir)
NLP-nin etik qaydaları ilə uyğunlaşan ən az 3 fərqli, psixoloji və ya profesional məsləhət sahəsində ümumilikdə 150 saatlıq təlim almış olmaq. Bu sahələr Hipnoterapiya, Ailə terapiyası, Geştalt terapiya, Psixodrama və oxşar sahələrdən ola bilər. Universitet təlimi müddətində alınan psixologiya, tibb, sosiaı pedaqogika və filologiya sahəsindəki dərslər və akademik çalışmalar da bu müddətə daxil ola bilər. 
NLP Trainer, “Təlimçilik Səlahiyyətləndirmə Kriteriyaları”, 2011-ci ildə Berlində toplaşan MTI-Mind Training İnstitute ümumi heyəti tərəfindən müəyyənləşdirilmişdir.

Ətraflı məlumat üçün::
(012) 409-25-82
(055) 342-30-43 (WhatsApp)
(055) 334-45-92

Ünvan:
Bakı şəhəri , Səbail rayonu , Üzeyir Hacıbəyov küçəsi 18 ( Sahil metro stansiyasının çıxışı)